Arzulamalar
Müəllif: Şifahi xalq ədəbiyyatı


Balama qurban kildaçar,
Balam nə vaxt dil açar?

Balama qurban ilməklər,
Balam haçan iməklər?

Balama qurban ilanlar,
Balam havax dil anlar?