Assur kralı I Tiqlatpalasarın Nairi ölkəsini fəthi barədə kitabəsi

Assur kralı I Tiqlatpalasarın (e.ə. 1115-1076) Nairi ölkəsin\ yürüşlərini əks etdirir və mixi yazılı Assur qaynağıdır.

Kitabənin mətni

redaktə

Yuxarı dənizin sahilində itaət etmək istəməyən uzaqdakı hökmdarların ölkələrinə yürüş etdim. Məndən daha əvvəl heç bir hökmdarın bilmədiyi təhlükəli keçidlərdən keçdim ölkənin içərilərinə doğru, hələ fəth edilməmiş ölkələrdə irəlilədim...

Dayeni ölkəsinin kralı, Nairi ölkələrinin 23 kralı birləşərək arabalarını və ordularını topladılar, savaşmaq üçün mənə tərəf gəldilər. Qorxunc silahlarımın şiddətli zərbələri ilə onlara yaxınaşdırm və onların böyük ordusunu Fırtına Allahı Adad kimi məhv etdim.

Döyüşdə onların 120 təchizatlı arabasını ələ keçirdim. Nairi ölkələrinin 60 kralını, onların köməyinə gələnlərlə birlikdə oxumun ucunda Yuxarı Dənizə qədər qovdum. Onların böyük bir məbədini fəth etdim. Onların qənimətlərini, mallarını və əşyalarını götürdüm. Onların şəhərlərini yandırdım, bünövrəsinə qədər dağıtdırdım və onları xarabalığa çevirdim. Çoxlu at, qatır və eşşək sürülərini, onların otlaqlarındakı heyvanları sürüb apardım. Nairi ölkələrinin bütün krallarını canlı olaraq ələ keçirdim. Bu krallara mərhəmət göstərdim və həyatlarını bağışladım. Ağam, Tanrı Şamaşın hüzurunda onların qollarını və zəncirlərini açdım və onlara mənim uca Tanrılarıma sonsuza qədər ibadət edəcəklərinə and içdirdim. Onların əsilzadələrini və kralların oğullarını əsir olaraq götürdüm. Onları 1200 at və 2000 davar xərac verməyə məcbur etdim. Onlara öz ölkələrinə qayıtmağa icazə verdim.

İstinadlar

redaktə