Asudə olsaydım əgər bircə an
Asudə olsaydım əgər bircə an Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Asudə olsaydım əgər bircə an,
Darül-xilafədə yazardım divan.
Bardada atılmış bir daş olsam da,
Yüksəyəm bu xurma ağaclarından.
Məhəbbət cagırır Şirvana məni,
Əhdim var onunla, pozmaram, inan!
Bağdadlı dostlarım məni atdılar,
Bilirdim, onlardan çəkərəm ziyan.