Ata belindən bir zəman anasına düşdi könül
Ata belindən bir zəman anasına düşdi könül Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Ata belindən bir zəman anasına düşdi könül,
Həqdən bizə dəstur oldı, xəzinəyə düşdi könül.
Anda bəni can eylədi, ətü süngük qan eylədi,
Dört on güni degicegiz degirtmegə düşdi könül.
Yürir idüm anda pünhan, Həqq buyruğı verməz aman,
Vətənümdən ayırdılar, bu dünyəyə düşdi könül.
Bəni beşigə urdılar, əlüm-ayağum sardılar,
Öndin acısm verdilər, tuz içinə düşdi könül.
Gündə iki gəz çözərlər, başına aqça düzərlər,
Ağzuma əmcək verdilər, nəfs qəbzinə düşdi könül.
Bu nəsnəyi tərk eylədüm, yüriməgə əzm eylədüm,
On’ki sünügin yazarlar, əldən ələ düşdi könül.
Oğlan ikən sultan qopar, kim əlin, kim yüzin öpər,
Əql bana yoldaş oldı, sultanlığa düşdi könül.
Bu çağ ile saqal bitər, görənün gülməgi dutar,
Gözəllər qatında bitər, sev-sevüyə düşdi könül.
Xeyirdən şərrü çoq sevər, işləməgə becid evər,
Nəfsimin diləgin qovar, nəfs evinə düşdi könül.
Qırq beşində surət dönər, qara saqala aq enər,
Baqub şeybətin göricek yoldurmağa düşdi könül.
Yola gedər başaramaz, yigitligə əli varmaz,
Bu nəsnələri qoyuban yuvanmağa düşdi könül.
Oğul aydur bunadı ölməz, qız aydur yerindən durmaz,
Hiç kəndü halindən bilməz, haldan halə düşdi könül.
ölicəgəz şükr edələr, sindən yana iledələr,
Allah adm zikr edələr, çoq şükürə irdi könül.
Su gətirələr yumağa, kəfən saralar qomağa,
Ağac ata bindüreler, tənaşürə düşdi könül.
Əgər var isə əmelün, gen olısar sinün sənün,
Əgər yoq isə əmelün, oddan şərab içdi könül.
Yunus, anlayu varhalun, şuna uğrayısar yolun,
Bunda əlün irər ikən xeyir işlərə düşdi könül.