Atamın
Müəllif: Məxtumqulu Fəraqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Altmış yaşda, novruz günü, bu ili
Durdu əcəl, yolun pusdu atamın.
Bu dünyanın işi beləymiş, bəli
Ömrünün tanapın kəsdi atamın.

Ağır dövlətlərə könül qoymadı,
Bu cahanın işrətini sevmədi,
Əski şaldan artıq libas geymədi,
Axirət eviydi qəsdi atamın.

Derdi: dünya durmaz, ömrə baqi yox,
Gündüz oruc, gecə olsa yuxu yox,
Münkir bilməz, müxlislərin şəkki yox
Peyğəmbər dostudur dostu atamın.

Görməsəm söyləməm zəndən, təhmindən,
Məqsədinə yetər haq yola gedən.
Yansı mələkdən, yansı cindən
Turbədarsız olmaz üstü atamın.

Nöhə derlər üç yüz ərən yarışdı,
Çiltendə atama nəzərim düşdü.
Necə varsam heftənlerə qarışdı
Bunlar imiş çin peyvəsti atamın.

Məxtumqulu gizli sirrin var içdə,
Kamil tapsan qıl qulluğun səriştə.
Məbşər günü əlbət girər behiştə
Hər kim candan olsa dostu atamın.