Atam, tutam mən səni
Atam, tutam mən səni Müəllif: Şifahi xalq ədəbiyyatı |
- Atam, tutam mən səni
- Şəkərə qatam mən səni
- Akşam babən gələndə ay
- Önünə atəm mən səni.
- Başlığına mən dolanım
- Mən dönüm, mən dolanım
- Səni Allah saxlasın
- Sayəndə mən dolanım.
- Balam sən bir danəsən
- Sədəfdən dürdanəsən
- Mən ölsəm, sana qurban
- Sən ölmə bir danəsən.
- Dərya ollam-bulannam
- Sulcaq ollam salannam.
- Sağ gözüm sənə qurban,
- Sol gözümnən dolannam.
- Xor-xorun olsun oğlum,
- Gül torun olsun oğlum.
- Sıralı qavax divində
- Düyünün olsun oğlum.
- Ev süpürə toz edə,
- Hamama gedər naz edər
- Əl-ayağı kir içində oy,
- Yıkamam deyə naz edər.