Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Kventin Braysa məktubu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Kventin Braysa" 23 yanvar 2014-cü il tarixli məktubu (23 yanvar 2014)
Müəllif: İlham Əliyev


Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Kventin Braysa

Hörmətli xanım General-Qubernator,

Milli bayramınız – Avstraliya günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 yanvar 2014-cü il

Mənbə

redaktə