Axmaq və keçi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bəkil adlı bir ərəb bir dəfə on bir manata bir keçi alıb dalına atdı, keçinin ayaqlarından iki əlli tutub evinə yola düşdü.

Yolda Bəkil öz tanışına rast gəldi; o, Bəkildən soruşdu: – Sən bu keçini neçəyə almısan?

Bəkil, keçinin qiymətin demək üçün: əllərinin ikisini də qabağa uzatdı, (“10” demək üçün) və dilini bayıra çıxartdı ki, hamısı birlikdə “11” eləsin.

Bu vaxtacan keçi qaçıb getmişdi. Heç izi-tozu da qalmamışdı. Adamlar o vaxtdan bəri deyərlər ki, “Bəkil kimi axmaqdır”.