Axund
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Qoydun əmmamə başına, dandın həqiqeti,
Alat-həcvü məsxərə qıldın şəriəti,
Udvan olub ülumə, sevdin cəhaləti!
Saldın əsarət altına biçarə miiləti,
Dinİn fədayi-dirhəmü dınar edən axund,
Millətlər içrə mitlətini xar edən axund.

Insaf elə, bu qədər yalan macəra deme,
Peyğomberə, imama bu nov İftira demə,
Mənbərdə hər cefəng sözü, qıl həya, demə,
Hər bir yalanı həzrətə bilmə rəva, demə.
Ey milləti cəhalətə vadar edən axund,
Hor dürlü fərqü İcze giriftar edən axund.

Yox bir açıq dilim sənə mən eyləyim əyan,
Ta sən qanmca qalmayacaq milletimdə can,
İnsafə gəl, mürüwət elə, rəhm qıl, aırıan!
Millətdə yoxdu bunca bu zillətlərə təvan,
Ey mənbori-peyğəmbəri murdar edən axund,
Ey millətin işıq gözünü tar edən axund.

Həmçinin bax

redaktə
  • “Molla Nəsrəddin", 15 noyabr 1909, N46