Ayı balası
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bilinmir bu əhvalat olub ya olmayıb, lakin deyirlər ki, bir kənddə dul kişi və onun gözəl bir qızı vardı. Dul kişiyə arvadsız yaşamaq çətin idi. Ona görə o, ikinçi dəfə evləndi. Ögəy ana evə daxil olan kimi ögəy qızını sevmədi, səhərdən axşama kimi ərinə rahatlıq verməyərək deyirdi.

-Qızı hara istəyirsən apar, ancaq o, bura qayıtmasın!

Əri ondan xahiş edir, onu yola gətirmək istəyir. Lakin zalım qadın öz sözünün üstündə durur, nəhayət istəyinə nail olur. Qızın özü atasından xahiş edir:

-Gedək, məni burdan apar. Dünya böyükdür, mənə heç nə olmaz. Ata öz qızı ilə bazara getdi. Ovcudan ayı dərisi alıb, qızına geyindirdi və onunla paytaxta yollandı. O, çar sarayının yanından kecəndə, möhkəm qışqırmağa başladı.

-Ayı balası satıram.! Ayı balası satıram!

Şahzadə bunu eşidib, pəncərədən baxdı və soruşdu.

-De, görək, ayı balası nə etməyi bacarır?

-Nə əmr etsən, -deyə ata bildirdi.

Şahzadə bu əyləncəyə sevindi.

Ona üç qızıl verib, ayı balasını aldı.

Budur, ayı balası şahzadənin yanında yaşayır, onu şənləndirir, onun yatağını, silahını təmizləyir, masada ona qulluq edir. Şahzadə onu tərifləməkdən doymurdu.

Qız isə bütün işlərini gördükdən sonra gündə oturub, çar dərzilərindən xahiş edib götürdüyü parcalardan özünə paltar tikirdi.

O, artıq üç paltar: gümüşü, qızılı, və rəngbərəng donları tikib qurtarmışdı. Bu donlar elə gözəl, elə nazik idilər ki, qız onları qoz qabıqlarının içində gizlətmişdi.

Günlərin birində sarayda böyük şənlik məclisi təşkil olundu. Burada çar, şahzadə və əyanlar iştirak edirdilər. Qız əynindən ayı dərisini atıb, gümüşü paltarını geydi və o da məclisə getdi.

O, rəqs etmək istəyirdi.

Şənlikdə belə gözəl qızı görənlər onu hörmətlə qarşılayıb, şahzadənin yanında oturtmuşdular.

Musiqi calındı, gənclər rəqs etməyə başladılar. Qız da şahzadə ilə rəqs etdi. Şahzadə ondan gözünü çəkmirdi, qız onun çox xoşuna gəlmişdi. Lakin şahzadə ona baxıb çox zövq ala bilmədi. Rəqs bitən kimi qız qaçdı və heç kəs bilmədi ki, qız kimindir və o, hardan gəlib?

Şahzadə hamıdan qızı soruşdu, lakin onlar əllərini yelləyir və başlarını bulayırdılar.

O, qərara gəldi ki, yenə də məclis təşkil etsin. Bəlkə, həmin gözəl yenə də gələcək?

Budur yenə də musiqi çalındı və qonaqlar toplandı. Hamı rəqs etməyə başladı. Həmin qız yenə də bayrama gəldi. Bu dəfə onun əynində gümüşü yox, qızılı paltar vardı. Bu donda o, daha gözəl görünürdü. Hamı yalnız ona baxırdı. Qız yenə də şahzadə ilə rəqs etdi və yenə də gözlənilmədən yox oldu. Onu hamı axtarırdı¬ – qızı axtaranların arasında ayı da vardı. Sarayı ələk-vələk etdilər, lakin qızı tapa bilmədilər. Şahzadə yenə bayram təşkil edib, qonaqları dəvət etdi. Çox gözəl şənlik təşkil olundu. Musiqi çalındı. Hamı rəqsə başladı. Bu dəfə qız bura al-əlvan donda daxil oldu. O, gözəlliyi ilə, donu ilə məclisə gələnlərin gözlərini qamaşdırdı. Şahzadə onunla rəqs etdi və qızın barmaqlarına üzük taxdı, və xahiş etdi ki, onun həyat yoldaşı olsun. Qız razılaşdı, lakin şahzadənin başı nəyəsə qarışanda qız yenə də yox oldu. Daha onu görən olmadı. Bütün paytaxtı gəzdilər, axtardılar, hər bir evə daxil oldular, gözəl heç yanda yox idi.

Onda şahzadə dedi:

-Çəkisi az, hamının ləzzətlə yediyi yeməkləri hazırlayın. Mən öz nişanlımı axtarmağa yola düşürəm. Onu bütün çarlıqda axtaracağam.

Hamı yol tədarükü görməyə başladı, çörək bişirdilər. Ayı balası ilə aşbazın yanına gəlib, bir parça xəmir istədi.

-Aşbaz hirsləndi.

-Yeri get burdan! – deyə onun üstünə qışqırdı. – Səni yox olasan! Sənsiz də adamın ürəyi sıxılır, ürəyi sıxılır.

Bunu eşidən şahzadə sevimli ayı balasınıa yazığı gəldi:

-Ona bir parça xəmir ver, onun nə tağsırı var?

Qız ayıya xəmir verdilər, o isə öz guşəsinə gəldi və üzüyü onun içində gizlədib, onu sobaya apardı. Çörəkçi onu bişirdi və ayı həmin balaça kökəni yola tədarük olunan xurcuna qoydu.

Ayının bu hərəkətinə güldülər və ona sataşmağa başladılar.

Lakin şahzadə yenə də, onu müdafiə etdi.

-Əl çəkin ondan, - deyə o, dilləndi. Kim bilir, bəlkə həmin kökə bizə uğur gətirəçək.

Şahzadə yola çıxdı, bütün çarlığı əvvəldən axıra kimi gəzdilər, gözəli isə tapa bilmədilər. Onların yol ehtiyyatı da, qurtardı. Şahzadə nökərlərdən soruşdu:

-Yeməyə bir şey qalıbmı?

-Yox, -deyə nökərlər cavab verdilər. Ancaq ayının bişirdiyi çörək qalıb.

-Nə etməli, onu bura gətirin. Mən onun dadına baxım?

Şahzadə çörəyi yarıya böldü, onun içərisindən üzük çıxdı. Şahzadə öz hədiyyəsini tanıdı.

-Gör mənim nişanlım kim imiş! -deyə o, qışqırdı. –Dərhal evə qayıdırıq.

-Sən niyə görə belə şənsən? – deyə çar oğlu evə qayıdanda ondan soruşdu. -Sevgilini tapdınmı?

-Tapdım! – deyə şahzadə cavab verdi.

-Ancaq mən çox acmışam. Qoy ayı balası mənə tez yemək gətirsin.

Ayı balasına buyurdular ki, şahzadəyə xörək aparsın, o, isə tərslik etdi. Şahzadəyə xəbər verdilər ki, ayı balası sözə qulaq asmaq istəmir. Şahzadə güldü.

-Yaxşı! Mən özüm onu bura gətirərəm.

O, ayı balasına öz yatağına gətirib, ona dedi:

-İndi isə daha bəsdi gizləndin. Öz dərindən kənara çıx.

Qız ayı dərisini üstündən atdı və ordan gözəl, nadir inci çıxdı.Və sarayda böyük şənlik başlandı. Toyu yeddi zurnaçı, yeddi nağaraçı apardı. Şahzadə gözəl qızı aldı. Gördünüz ayı balası nə etdi!

Mənbə

redaktə
  • Dağıstan xalqlarının nağılları. Bakı, 2013