Ayın yaranması haqqında

Ayın yaranması haqqında
Müəllif: Əbülqasım Firdovsi

Qaranlıq gecəyə Ay olar çıraq,
Çalış pis əməldən uzaq gəz, uzaq.

Otuz gün fəzada gəzib, dövr edər,
Gecə zülmətində Yerə nur səpər.

O gah incələr, görsənər sapsarı,
Sanarsan bir aşiqdir, itmiş yarı.

Elə incələr ki, görünməz gözə,
Gecə seyrini saxlayar gündüzə.

Ayın hər gecə başqa bir həddi var,
O vaxt nuru artar ki, Ay bədr olar,

İki həftə artar, olar o bütün,
Solar, incələr sonralar günbəgün..

Bu təkrarı qismət edib həqq ona,
Ötər əsrlər, dərdi yetməz sona.