Ayə məndədi (Ağ Aşıq)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ayə məndədi Müəllif: Ağ Aşıq |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Bu gün seyraqubdan bir söz eşitdim,
Bu dostundan deyil, ayə məndədi.
Dedim: Nədir sədrin üstə bəslənən?
Dedi: Tifil ikən ayə məndədi.
Sevdiciyim təzə geymiş buxara,
İnsafdımı, bülbül baxa bu xara.
Keşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlmişəm ay Yaməndədi.
Allahverdi pirdən içdi nə cami.
Nə axunddu, nə molladı, nə cami,
Nə Firdovsi, nə Hafizi, nə Cami,
Təcnis, sinədəftər, ayə məndədi.