Ay üzə-üzə (Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ay üzə-üzə (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Hicran xəstəsiyəm alagöz pərim,
Yetiş imdadıma, ay üzə-üzə.
İntizarda qoyma, tükənər səbrim,
Həsrətin könlümü ay üzə-üzə.
Əzəl gündən səni gördüm, yar dedim,
Ya mürvət et, ya bağrımı yar, dedim.
Sənə həmdəm dedim, sənə yar dedim,
Demədim sözümü ay üzə-üzə.
Məmmədhüseyn çətin eşqin daldalar,
Məhəbbət gölünə desən dal, dalar.
Dil ver oylağımız olsun daldalar,
Gəzim cüt narını ay üzə-üzə.