Fəsli-tabistanda bağü bostanda
Novrəstə cavanım, gülüm, ay Şəkər!
Sədrin gülşənində nari-pistanm
Müştaqıdı xəstə dilim, ay Şəkər!
Görsəm camalını, çəkmərəm azar,
Günbəgün şövqündən taparam mədar.
Yaz dərdi-dilini, eşidim nə var,
Eyhamman qandır, bilim, ay Şəkər!
Gözəlcə xaliqim yaradıb gözəl;
Əndam gözəl, cəsəd gözəl, can gözəl.
Öz canımı qurban eləyim əzəl,
Sonra da əqrabam, elim, ay Şəkər!
Cənnəti-əlada huri, qılmansan,
Eşqin gülşənində gülü reyhansan.
Mən olum sədəqən, əhli-ürfansan,
Bircə xəbər göndər, gəlim, ay Şəkər!
Gülsən, həvəsində mən bülbül ollam,
Hər zaman yanında əhli-dil ollam,
Novrəstə İmanam, özüm qul ollam,
Yoxdu candan qeyri qulum, ay Şəkər!