Ay əsər indi
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Sәhәr-sәhәr bir gözәlә uğradım,
Ondan dәydi mәnә ay әsәr indi.
Ağlım zail oldu, halım digәrgün,
Nә ki var әndamım ay әsәr indi.

Bahar olcaq dağlar ay lalәlәndi!
Bulud zülf üzünә ayәlәlәndi,
Biznәn mey içәnlәr ayәlәlәndi,
Tökülüb sәdrüvә ayә, sәrindi.

Örtübdü başına şal qәza işin,
Qoymuyun dannıya el qәza işin.
Qurbani der: Get-gör ol qәza işin,
Tәrlan avın almış, ayә, sar indi?