Ay əsir-əsir
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.336

Ox kimi sinəmdən keçir qəzadən,
Səməndi sərsəri, aya əsir-əsir.
Sitəmi-zülmüdən, cövrü-cəfadan,
Ürəyim titrəyir, ay əsir-əsir.
 
Əbrü-çeşmim dolub istər, a yağa,
Alışdım eşqindən, yandım, ay ağa.
Xəstə canım sənəm, saldın ayağa.
Elədin zülfünlə, ay əsir, əsir.
 
Qəm coşur ürəkdən - a daşa, desəm,
Ərzimi sirdaşa, adaşa desəm.
Qurbanam, dərdimi a daşa desəm,
Səs çəkib verməzmi ayə, sirrə-sirr?!