Ay ağalar, ay qazılar
Ay ağalar, ay qazılar Müəllif: Şair Aydın |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Ay ağalar, ay qazılar,
Dünya kimə qalacaqdı!?
Cəfa çəkdim, can çürütdüm,
Fələk bir gün alacaqdı.
Oturubsan ağ otaqda,
Olmayacaq bu damax da.
Altın torpaq, üstün taxta,
İnkir-minkir gələcəkdi.
Aydın deyər, malın çoxdu,
Çox malın vəfası yoxdu.
Körpü birdi, karvan çoxdu,
Gələn bir-bir keçəcəkdi.