Ay bu yanda dur
Ay bu yanda dur Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Başına döndüyüm alagöz Pərim,
Apardın ağlımı, ay bu yanda dur!
Ağıl başda deyil, ruh da bədəndə,
Eylədin tarımar, ay bu yanda dur!
Halaldandır mayam, bulunmaz haram,
Qırxlar məclisində mən orda varam,
Seyrağıb adamla heç olmaz aram,
Şeytandı, felindən, ay bu yanda dur!
Abbasam, dövranım, ay belə keçdi,
Dolandı ruzigar, ay belə keçdi,
Sallandı bir pərim, ay belə keçdi,
O səbəbdən dedim, ay bu yanda dur!