Ay fələk
Müəllif: Aşıq Əli Şairov

Oyandım qəflətdən çiskin, dumandı,
Görünmür gözümə ellər, ay fələk.
Çəkirəm ah-nalə fəqan eylərəm,
Car olur eynimdən sellər, ay fələk.

Neçə Süleymanlar gəldi cahana,
Qalmadı onlardan bircə nişana.
Rəhm et, didəmdən tökülən qana,
Çəkilib sinəmə millər, ay fələk.

Əli olub dərdin, qəmin mehmanı,
Dərd əhli eylədin neçə cavanı.
Unutmaram qəlbdən Şahı-Mərdanı,
Fədadı yolunda qullar, ay fələk.

Mənbə

redaktə