Ay ilə gün sücud edər surəti-canfəzayinə
Ay ilə gün sücud edər surəti-canfəzayinə Müəllif: İmadəddin Nəsimi |
Ay ilə gün sücud edər surəti-canfəzayinə,
Ay ilə gün nədir kim, ol düşməyə xaki-payinə.
Cami-cahannümadur ol, səndə iki cahanı gör,
Çün görəsən sən olmusan cani-cahanə ayinə.
Faili-mütləqi-yəqin kim ki, dilər görə bu gün,
Baxsın anın camalına, həqqi görər bu ayinə.
Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola,
Həq deyəni alır anun durmuş anun bəhayinə.
Yusifi-Misri canü dil, yə’ni ki, Fəzli-zülcəlal,
Gəldi səfavü zövq ilə şəhri-bədən sərayinə.
Qıldı fəna vücudumu küll kərim ilə kəlam,
Zərqi-həsən budur ki, şah sandı bu gün gədayinə.
Hər ki, Nəsimitək sücud Fəzli-ilahə qılmadı,
Div kimi bu gün anı bəlkə bu yolda dayinə.