Ay maral, maral
Ay maral, maral Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 105 |
Ovsunçusan, mənlə dərdə yarısan,
Ovsun sal dağlara, ay mar al, mar al.
Əndəlib gülüsən, bağça barısan,
Zənbur tək sinəmdən ay mar al, mar al.
Durubdu qarşımda hər zaman gözəl,
Vurubdu sinəmə hər zaman göz əl.
İşarət eyləsən hər zaman, gözəl,
Kərəm et dəstinlə, ay Maral, Maral!
Ovçu gəldi keçdi səndə kəməndə,
Yolum dağda keçdi səndə kəməndə,
Novrəs İman keçdi səndə kəməndə,
Gəzir göz önündə ay maral-maral.