Ay qız (Şəmkirli Aşıq Hüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ay qız Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Boyun sənin tuba kimi,
Qaşlarındı kaman, ay qız!
Görmüşəm mən camalmı,
İtirmişəm iman, ay qız!
Xmalı nazik əllərin,
Fəsih-zəbandı dillərin,
Ağ üzdə siyah tellərin,
Qoxusu yasəmən, ay qız!
Ağladırsan, güldürürsən,
Çeşmin yaşm sildirirsən,
Bimürvətsən, öldürürsən,
Dad əlindən aman, ay qız!
Aşıq Söynün ibadəti,
Dilində fərzü sünnəti,
Neyləyir sənsiz cənnəti,
Məmələrin əmən, ay qız!