Ay yüzün ayineyi-surəti-candır, bilirəm

Ay yüzün ayineyi-surəti-candır, bilirəm
Müəllif: Hamidi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ay yüzün ayineyi-surəti-candır, bilirəm,
Anda neqşi-rüxi-dildar əyandır, bilirəm.
01 əyan nur ki, məthulidur əhli-nəzərin,
Dil hər zərrənin içində nəhandır, bilirəm.
Bu ki, aram edəməz seyrii silkundə fələk
Qərəzi tərbiyəti-hüsni-bəyandır, bilirəm.
Ol kim alur dilü səbrü xirədi qarət edər
Məzhəri-surəti-zibayi fılandır, bilirəm.
01 şəkərləb götürər Hamidiyi meygədəyə
Göstərən ola bana Mehdi zamandır, bilirəm.