Ayağına (Aşıq Abbas Tufarqanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ayağına Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qırxlar piri, özün yetiş dadıma,
Bir də məni yetir yar ayağına.
Üzün görüm, könül alsın təsəlli,
Xmatək yaxılım əl-ayağma.
Səmada ulduzlar sana gəlibdi,
Yüz ilin xəstəsi cana gəlibdi,
Ay həzərat, bir zamana gəlibdi,
Yoxsul üzün sürtür mal ayağına.
Abbas bu sözləri deyər özündən,
Doymamışam yarın o gül üzündən,
Ağlamaqdan bir pərinin gözündən,
Düşübdü Gülgəzin xal ayağma.