Ayağına (Aşıq Nəsib)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ayağına
Müəllif: Aşıq Nəsib

 
Qartallar qıy vurmur, dönüb zamana,
Fələk yaxşı fürsət verdi yamana.
Baxan yox vicdana, nə də imana,
Şahinlər düşübdü sar ayağına.

Köhlən belindədi dığa-mığalar,
Dünənki nökərlər bu gün ağalar.
Daha çanağından çıxıb bağalar,
Çatıb vəzifəyə var ayağına.

Qaxdağan acları deyən toxalıb,
Nə molla, nə axund, nə varlı qalıb.
Nəsibin başına Allah daş salıb,
Gətirib divana, zor ayağına.