Ayağa dürüst
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.331

Ərzi-şikayətim var qulluğuna,
Mültəfit ol deyim, ay Ağa, dürüst.
Qəribin qürbətdə dəysən qəlbinə,
Barən gözlərindən a yağa, dürüst.
 
Vəfa edib əsba, ay ara gördüm,
Xəncəl kimi bağrım, a yara, gördüm.
Qəmdən bu sinəmdə a yara gördüm,
Dərd əlindən düşdüm, ayağa dürüst.
 
Qurban, qıl namazın qəzasın indi,
Gör çərxi-dövranın qəzasın indi.
Yox qohum-qardaşım, qaza sin indi,
Çulğayıb götürə, ay ağa dürüst.