Ayağa məni
Ayağa məni Müəllif: Molla Pənah Vaqif |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Heca vəzninin bayatı və qoşma möcüzələri" (PDF) (az.). Təhsil. 2003. İstifadə tarixi: 2018-08-08. |
Dilbər, həsrətindən xəstə düşmüşəm,
Hicran qoymaz duram ayağa məni.
Çulqala zülfünə, basdır dərində,
Qoyma ki, bükələr ayağa məni.