Ayağa salmaz
Ayağa salmaz Müəllif: Aşıq Əsəd |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.384; ISBN 978-9952-571-42-4 |
Gəzdim, kəşt elədim yaxın-uzağı,
İndi səfbrimdi ayağa salmaz.
Könül zənbur kimi dolanır şanı,
Pərvanə cismimi ayağa salmaz.
Dost gərək ki, yaxşı dostu sinayə,
Alnımıza yazılıbdı sin ayə.
Məhəbbət xəncərin qoysa sinaya,
Dost dostu sındırıb ayağa salmaz.
Bilirsənmi, danışıram nə sarı,
Bəxt əyilsə, rəngi olar nə sarı.
Abad könül, sən nə sındır, nə sarı,
Haqq kəsməz nəzərin, ayağa salmaz.
İstər məni dost yolunda kəs,qala,
Əyri çıxsam, qur divanı, kəs qala.
İstəmərəm müxənnətdən kəs qala,
Mərd igidlər məni ayağa salmaz.
Əsədin bəxtini salma qəzaya,
Mənim məzarımı kimlər qazıya.
İgid ürcah olsa qəhri-qəzaya,
Mərdlərin mövlası ayağa salmaz.