Aydın olsun
Aydın olsun Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Gözəlliyi elə car olan Pəri,
Gərdənə həmayil tax, aydın olsun!
Sevdası sərimdə var olan Pəri,
Sinəmi odlara yax, aydın olsun!
Bir zamanlar dövran sürdüm sizinlə,
Aşiq etdin söhbətinlə, sözünlə,
Əzəl başdan mənə baxan gözünlə,
İndi özgələrə bax, aydın olsun!
Qul Abbası nə kənara atmısan,
Hərcayilə ülfətini qatmısan,
Deyəsən ki, taza aşna tapmısan,
Sevdiyim, gözlərin çox aydın olsun!