Ayrı (Aşıq Bəsti)
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ayrı Müəllif: Aşıq Bəsti |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06. |
Əlbət yarım yada düşüb,
Ölürəm dağlardan ayrı.
Bu el mənim, o el sənin,
Ölürəm dağlardan ayrı.
Məzarına gül bağlayan,
Dumanlı-çəni ağlayan.
Xançobana yas saxlayan,
Ölürəm dağlardan ayrı.
Acçınqıldı mənim dağım,
Bəsti, hanı öz oylağım?!
Dil deyir, getmir ayağım,
Ölürəm dağlardan ayrı.