Ayrım elindədi
Ayrım elindədi Müəllif: Aşıq Bəsti |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Aşıqların dastanları,
Sözü ayrım elindədi.
Alagözlü gözəllərin
Gözü ayrım elindədi.
Şirin-şirin xəyalların,
Gözəl mixəyi xalların,
Ceyranların, marallarm
İzi ayrım elindədi.
Mərcan-mərcan bulaqların,
Mənzərəli oylaqların.
Sərin sulu yaylaqların
Özü ayrım elindədi.
Xəzan tökdürməsin barın,
Əhdinə düz olan yarın,
Bəsti deyər: hər ilqarın
Düzü ayrım elindədi.