Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Şəkər Şirvani (məqalə)

Sabit Şəqaqi Azərbaycan ədəbiyyatı. I cild. Şəkər Şirvani
Müəllif: Firudin bəy Köçərli
Sənan Şirvani


Bu şairin kəlamından müfti əfəndinin "Məcmuə"sində ancaq bir müxəmməs tapdıq ki, eyni ilə burada dərc olunur.

MƏKTUBA XİTAB

Səni bir səfheyi-əbyəz kitabət eylərəm, kağəz!
Hücumi-ləşkəri-qəmdən şikayət eylərəm, kağəz!
Yazıb hali-dilim şərhin, hekayət eylərəm, kağəz!
Mənim cananımı görsən, əmanət eylərəm kağəz!
Təmami-dostlara izhari-səlamət eylərəm, kağəz!

Yetib nazik əlin öpcək əzəl həmdü səna ilə,
Açılcaq, rubəru olcaq təvaze, xoş səfa ilə,
Nəzər məzmununa salsa bemətləb ibtida ilə,
Çəkib bir-bir sətirlərdən bəyani-müddəa ilə
Səki bir qasidi-əhli-fəsahət eylərəm, kağəz!
İnansən, min qəmim vardır, yanımda qəmküsarım yox,
Fəğanım bülbülə bənzər, əbəs ki, gülüzarım yox,
Gözüm, könlüm təmənnası, əlimdə ixtiyarım yox,
Onunçün bu cəhətlərdən həyata etibarım yox.
Qərəz beş gün hesab ilə əmanət eylərəm kağəz --

Ki, bilsinlər cüdalıqda vücudum pürsiyasətdir,
Qalıbdır bir çürük canım, işim rəncü riyazətdir,
Müsahib yar vəslinə yetişmək xoş səadətdir,
Aradə nameyi-casus gəlib-getmək dəyanətdir,
Cavabın gəlməsə, billah, qiyamət eylərəm, kağəz!

Mühəqqər Şəkkəri-zarəm, digərgunəm məlalımdan,
Gərək təhrir edəm ancaq sözümdən, razi-halımdan,
Gətirdi kilki-mücganım, nələr keçdi xəyalımdan,
Dəvati-çeşmimə şəncərf töküldü əşki-alımdan,
Səni sürx ilə inşai-ibarət eylərəm, kağəz!.