Azərbaycan əsgərinə!

Azərbaycan əsgəri!
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Qalib oldun düşmənə, vur, pəhləvanım, mərhəba!

Könlümün istəklisi, canımda canım, mərhəba!


Tülkülərtək qaçdılar nərən duyub namərd yağı,

Haydı qoş, əz başların, əz, arslanım, mərhəba!


Gəldiyin yollar müqəddəsdir, durum qurban kəsim,

Başuva qoy mən dönüm, qoy mən dolanım, mərhəba!


Ey şəhid, bayram günün göstərdin, ancaq görmədin,

Qanla tarix yazmısan, cənnətməkanım, mərhəba!


Can verər millət yolunda alplarım, “uf” söyləməz,

Söyləyər: “Olsun halal canımla qanım!”, mərhəba!


Ər kimi qalib gələr düşmənlərə ər övladı,

Yurdumuzdan itləri qov, KOMANDANIM, mərhəba!


Ey Vətən, bax oğluna, məğrur yaşa innən belə,

Mən də Teymurtək sənin eşqinlə yanım, mərhəba!