Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barəsində Azərbaycan Respublikası Ali Sovetinin Qərarı

Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası
Müəllif: Azərbaycan Respublikası


«Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barəsində

Azərbaycan Respublikası Ali Sovetinin Qərarı

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1. «Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunduğu andan qüvvəyə minsin.

2. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, müvafiq orqanları və təşkilatları vilayət hakimiyyət orqanlarının və digər idarəetmə strukturlarının ləğv olunması üçün zəruri tədbirlər görsünlər, «Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında» Qanunun 5-ci bəndində göstərilən şəhər və rayonların yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının strukturunu respublika ərazisində fəaliyyət göstərən yerli hakimiyyət və idarəetmə orqanlarının strukturuna uyğunlaşdırsınlar.

Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini

Z. SƏMƏDZADƏ.

Bakı şəhəri, 26 noyabr 1991-ci il.

№ 280-XII.