Azərbaycan SSR İslah-əmək məcəlləsi
Azərbaycan SSR İslah-əmək məcəlləsi Müəllif: Azərbaycan |
Azərbaycan Sovet Sosialist Respublikasının Ali soveti qərara alır:
Maddə 1:Azərbaycan SSR İslah Əmək məcəlləsi təcdiq edilsin və 1971 - ci il iyunun 1-dən qüvvəyə minsin.
Maddə 2:Azərbaycan SSR Ali Sovetinin Rəyasət hey'ətinə tapşırılsın ki, Azərbaycan SSR İslah əmək məcəlləsinin qüvvə minməsi qaydasını müəyyən etsin və Azərbaycan SSR qanunvericiliyi həmin məcəlləyə uyğunlaşdırılsın.
Birinci fəsil
redaktəMaddə 1 (Azərbaycan SSR islah əmək qanunvericiliyinin vəzifələri): Azərbaycan SSR islah-əmək qanunvericiliyinin vəzifəsi cinayət cəzasının icrasını elə təmin etməkdən ibarətdir ki, bu, edilmiş cinayət üçün nəinki cəza olsun, həm də məhkumları islah etsin. və əməyə vicdanlı münasibət,qanunlara dürüst əməl etmək və sosialist birgəyaşayış qaydalarına hörmət etmək ruhunda yenidən tərbiyələndirilsin, həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfində yeni cinayətlər edilməsinin qarşısını alsın, habelə cinayət karlığın kökünü kəsməyə kömək etsin.
Cəzanın icrası cismən əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini güdmür.
Maddə 2 (İslah əmək qanunvericiyi): SSR ittifaqının və Azərbaycan SSR-in islah əmək qanunvericiliyi məhkəmə tərəfindən təyin edikən cinayət cəzaaının icrasının və çəkilməsinin prinsiplərini və ümumi qaydalarını müəyyən edən SSR ittifaqı və müttəfiq respublikaların islah əmək qanunvericiliyinin Əsaslarından SSR İttifaqının başqa qanunlarından, Habelə Azərbaycan SSR-in bu Məcəlləsindən və başqa qanunlarından ibarətdir.
Cəzanın çəkilməsi və azadlıqdan məhrum etməyə, sürgünə, köçürtməyə və azadlıqdan məhrum olunmadan islah işlərinə məhkum edilmiş şəxslər barəsində islah əmək təsiri tədbirlərinin görülməsi qaydası və şərtləri, habelə cəzanın bu növləri barəsindəki hökmləri icra edən idarələri və orqanların fəaliyyət qaydası, məhkumların islah edilməsinə və və yenidən tərbiyə olunmasında ictimaiyyətin iştirakı qaydası SSR ittifaqı və müttəfiq respublikaların islah əmək qanunvericiliyin Əsasları ilə, SSR İttifaqının başqa qanunları ilə habelə Azərbaycan SSR İttifaqının bu Məcəlləsi və başqa qanunları ilə müəyyən edilir.
İntizam batalyonuna göndərilməyə məhkum edilmiş şəxslər tərəfindən cəzanın çəkilməsi qaydası və şərtləri SSR İttifaqı və müttəfiq respublikalarınislah əmək qanunvericiliyinin Əsaslarının 2-ci maddəsinə uyğun olaraq SSR İttifaqının qanunvericiliyi iə müəyyən edilir.
Cinayət cəzasının başqa növlərinin icrası və çəkilməsi qaydası, şərtləri SSR İttifaqının qanunvericiliyi və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyəm edilir.
Maddə 3 (İslah əmək qanunvericiliyinin tətbiqi): Azadlıqdan məhrum etməyə, sürgünə və aazadlıqdan məhrum olunmadan islah işlərinə məhkum edilmiş və Azərbaycan SSR ərazisində cəza çəkən şəxslər barəsində SSR ittifaqı və müttəfiq respublikaların islah əmək qanunvericiliyi Əsaslarının 3-cü maddəsinə uyğun olaraq SSR ittifaqının və Azərbaycan SSR-in islah əmək qanunvericilyini, cəzanın başqa növlərinə məhkum edilmiş şəxslər barəsində isə SSR İttifaqının, habelə məhkum olunma yeri üzrə müttəfiq respublikalarının islah əmək qanunvericiliyi tətbiq edilir.
Maddə 4 (Cəzanın çəkilməsi əsası) Cinayət cəzasının çəkilməsi və məhkumlar barəsində islah əmək təsiri tədbirlərinin görülməsi üçün əsas yalnız məhkəmənin qüvvəyə minmiş hökmüdür.
İkinci fəsil
redaktəMaddə 5 (Azadlıqdan məhrum etmə,sürgün, köçürtmə və azadlıqdan məhrum etmədən islah işləri barəsində məhkəmə hökmlərini icra edən idarələr və orqanlar):Azadlıqdan məhrum etmə,sürgün ,köçürtmə və azadlıqdan məhrum etmədən islah işləri barəsində məhkəmə hökmləri SSR İttifaqı və müttəfiq respublikaların islah-əmək qanunvericiliyi Əsaslarının 5-ci maddəsinə uyğun olaraq SSRİ Daxili İşlər Nazirliyinin islah əmək idarələri və orqanları tərəfindən icra olunur. İslah-əmək idarələri SSRİ Daxili İşlər Nazirliyi və Azərbaycan SSR Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunur və ləğv edilir. İslah əmək idaeələri hüquqi şəxslərin malik olduğu hüquqlardan istifadə edirlər.
Maddə 6 (Cəzanın çəkilməsi yeri):SSR ittifaqı və müttəfiq respublikaların islah əmək qanunvericiliyi Əsaslarının 6-cı maddəsinə uyğun olaraq: İlk dəfə azadlıqdan məhrum edilməyə məhkum olunmuş və həbs edilənə və ya məhkum olunanadək Azərbaycan SSR ərazisində yaşamış şəxslər cəzanı, bir qayda olaraq , Azərbaycan SSR ərazisində çəkirlər.Müstəsna hallarda, məhkumları daha yaxşı islah etmək və yenidən tərbiyələndirmək məqsədi ilə onlar cəza çəkmək üçün başqa müttəfiq respublikaların müvafiq islah-əmək idarələrinə göndərilə bilərlər; Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər, ölüm cəzaaı bağışlanma və ya amnistiya qaydasında azadlıqdan məhrum etmə ilə əvəz olunmuş məhkumlar, xüsusilə təhlükəli dövləti cinayətlər üstündə məhkum olunmuşlar, habelə məhkum edilmiş əcnəbi vətəndaşlar və vaətəndaşlığı olmayan şəxslər cəza çəkmək üçün ,həbsdən əvvəl hansı müttəfiq respublikada yaşadıqlarından və ya hansı hansı müttəfiq respublikada məhkum edildiklərindən asılı olmayaraq, məhkumların bu kateqoriyalarının saxlandırılmasından ötrü müəyyən edilmiş islah-əmək idarələrinə göndərirlər; Azadlıqdan məhrum edilməyə məhkum olunmuş qadınlar, xüsusi müalicəyə eytiyacı olan şəxslər və həddi-büluğa çatmamışlar həbsdən əvvəl yaşadıqları və ya məhkum olduqları Azərbaycan SSR-də müvafiq islah-əmək idarəsinə olmadıqda, cəza çəkmək üçün başqa müttəfiq respublikaların islah əmək idarələrinə göndərilə bilərlər; Sürgünə məhkum edilmiş şəxslərin cəza çəkdikləri yerlərin siyahısı, habelə köçürtməyə məhkum olunmuş yaşaması qadağan edilən yerlərin siyahısı SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər soveti tərəfindən müəyyən olunur; Azadlıqdan məhrum olunmadan islah işlərinə məhkum edilmiş cəzanı iş yerində, ya da yaşadıqları rayonun başqa yerlərində çəkirlər.
Maddə 7 (Məhkumların islah olunması və yenidən tərbiyə edilmələrinin vasitələri):Məhkumların islah olunması və yenidən tərbiyə edilməsinin əsas vasitələri:cəzanın çəkilməsi rejimi, ictimai faydalı əmək, siyasi tərbiyə işi, ümumtəhsil və texniki təhsil təlimindən ibarətdir. İslah etmə və yenidən tərbiyələndirmə vasitələri edilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə məhkumun davranışı və əməyə münasibəti alınmaqda tətbiq edilməlidir.
Maddə 8 (Azadlıqdan məhrum etmə, sürgün, köçürtmə və azadlıqdan məhrum etmədən islah işləri cəzalarını çəkən şəxslərin hüquqi vəziyyəti):Azadlıqdan məhrum etmə, sürgün, köçürtmə və azadlıqdan məhrum etmədən islah işləri cəzalarını çəkən şəxslər, qanunvericilikdə məhkumlar üçün nəzərdə tutulmuş , habelə məhkəmənin hökmlərindən və həmin növ cəzanın çəkilməsi üçün SSR İttifaqı və müttəfiq respublikaların islah-əmək qanunvericiliyi Əsaslarının və bu məcəllənin etdiyi rejimdən irəli gələn məhdudlaşdırmalar qoyulmaqla, qanunvericilikdə SSRİ vətəndaşları üçün müəyyən olunmuş vəzifələri daşıyıb və hüquqlardan istifadə edirlər. Azadlıqdan məhrum etmə, sürgün, köçürtmə və azadlıqdan məhrum etmədən islah işləri cəzalarını çəkən əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan və hüquqi vəziyyəti, qanunvericiliklə məhkumlar üçün nəzərdə tutulan, habelə məhkəmə hökmündən və həmin cəza növünün çəkilməsi üçün SSR İttufaqı və müttəfiq respublikaların cinayət qnunvericiliyi əsasları və bu Məcəllə ilə müəyyən olunmuş rejimdən irəli gələn məhdudlaşdırılmalar qoyulmaqla, həmin şəxslər SSRİ ərazisində olduqları zaman onların hüquq vəzifələri nəzərdə tutulan SSR ittifaqı qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 9 (Məhkumların islah olunması və yenidən tərbiyə edilməsində cəmiyyətin iştirakı):Məhkumların islah olunması və yenidən tərbiyə edilməsində habelə azadlıqdan məhrum etmə, sürgün, köçürtmə və azadlıqdan məhrum etmədən islah işləri barəsində məhkəmə hökmləri icra edən idarələrin və orqanların fəaliyyət üzərində ictimai nəzarətin həyata keçirilməsində cəmiyyət iştirak edir.Məhkumların islah olunması və yenifən tərbiyə edilməsində ictimaiyyətin iştirak etmələri formaları və qaydası bu Məcəllə ilə və Azərbaycan SSR-in başqa qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 10 (Cəzanın icrası zamanı qanunlara əməl etməsi):İslah-əmək idarələrinin və cəzanı icra edən başaq orqanların bütün fəaliyyəti qanunlara ciddi əməl edilməsinə əsaslanır. Bu idarələrin və orqanların vəzifələri şəxsləri onların fəaliyyətində qanunçuluğun təmin edilməsi üçün məsuliyyət daşıyırlar. Cəza çəkən şəxslər məhkəmə hökmü ilə onlala təyin edilmiş cəzanın icrası qaydasını və şərtlərini müəyyən edən qanunların tələblərinə dönmədən əməl etməyə borcludurlar.
Maddə 11(Cəzanın icrası üzərində prokuror nəzarəti):Azadlıqdan məhrum etmə, sürgün, köçürtmə və azadlıqdan məhrum etmədən islah işləri barəsindəki hökmlərin icrası zamanı qanunlara dürüst əməl olunmasına 《SSRİ prokurorluğu haqqında》 SSRİ Prokurorluğu və ona tabe olan Azərbaycan SSR prokurorluğu və aşağı prokurorlar nəzarət edirlər.