Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 7 may tarixli Fərmanı

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 7 may tarixli Fərmanı
Müəllif: Azərbaycan

Təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında

AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEY’ƏTİNİN FƏRMANI

Azərbaycan sovet təsviri sənətinin inkişafında xidmətlərinə görə aşağıdakılara fəxri adlar verilsin:

«Azərbaycan SSR xalq rəssamı»
Babayev Rasim Hənifə oğlu — rəssam.
Zeynalov İbrahim İsmayıl oğlu — heykəltəraş.
Manqasarov Şmavon Qriqoryeviç — rəssam.

«Azərbaycan SSR əməkdar incəsənət xadimi»
Məmmədov Salhab İsa oğlu — rəssam.
Mircavadov Mircavad Mirhaşım oğlu — rəssam.
Nəcəfov Fazil İmamverdi oğlu — heykəltəraş.
Xəlilov Fərhad Qurban oğlu — rəssam.

«Azərbaycan SSR əməkdar rəssamı»
Hacıyeva Bəyim Əzizbala qızı — rəssam.
Mehdiyev Ağa Cəfər oğlu — rəssam.
Seyfullayev Qafar Süleymanoviç — rəssam.
Xruslov Viktor Vladimiroviç — rəssam.

Azərbaycan SSR Ali Sovet Rəyasət Hey’ətinin sədri
S. Tatlıyev

Azərbaycan SSR Ali Sovet Rəyasət Hey’ətinin katibi
R. Qazıyeva

Bakı şəhəri, 7 may 1988-ci il.
№ 1112—XI