Azərbaycana (1920)
Müəllif: Əhməd Cavad

Coşmuşdu yürəgim, şişmişdi başım,
Zülm kar olmusan, axıdıb yaşım!
Ey gözəl Vətənim , ey dağım-daşım,
Bir sazım olsaydı söylərdim sana!

Nə gücdür aynlıq, doymamış yardan,
Artırdı dərdimi hər keçən karvan!
Duysaydım səsini bir yanıq tardan,
Bilməzsən nə söylər, neylərdim sana!

Boğar dəryasından bir qoşun səsi,
Söylər ki, könlünün yoxmu gecəsi?
Sənsiz ki, ilhamın gəlməz nəfəsi,
Gəlsəydi, şairlik eylərdim sana!

Kəsmişdi yolumu keçilməz dağlar,
Bənim lə bərabər ormanlar ağlar!
Ey göz işlədikcə görünən bağlar,
Əhd ilə bir salam göndərdim sana!