Azərbaycandır Ana Vətənim

Azərbaycandır Ana Vətənim! (1993)
Müəllif: RAUF CAVAD

Azərbaycandır Ana Vətənim!
Ata Yurdum, bu günüm, dünənim!

Bu Vətən mənim Ana torpağım,
Sərvəti-var dövləti, can bağım!
Dərd halıma Anamdır sorağım!
Vətəndir son mənzil, kəfən-ağım!
Məni Yaradandır tək sevənim!

Nə gözəldir yurdumun havası,
İgidlər məskəni, yurd-yuvası.
Var qəlbimin çox möhkəm qalası,
Səs salır dünyaya eşq sədası!
Din-imanım, Ata yurd-məskənim!

Verir könlümə, ümid dayağı,
Qurur gələcəyi, sevgi bağı!
Keçmişdən gəlir qanın sorağı!
Dalğalanır üç rəngli bayrağı!
Anamdır doğma vətənim mənim!

Hər an qorumaq lazım Vətəni!
Çün borcluyuq, qoruyaq məskəni!
Bu gün, tarix göstərir sevəni!
Dünən, yazılıbdır sevin məni!
O Raufdur, canı bəxş verənim!