Azәrbaycan Sovetlәri Mәrkәzi İcraiyyә Komitәsinin Dağlıq Qarabağ Muxtar Vilayәtinin yaradılması haqqıda Dekreti

Azәrbaycan Sovetlәri Mәrkәzi İcraiyyә Komitәsinin Dağlıq Qarabağ Muxtar Vilayәtinin yaradılması haqqıda Dekreti
Müəllif: Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi


Azәrbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayәtinin yaradılması. Azәrbaycan Sovetlәri Mәrkәzi İcraiyyә Komitәsinin "Dağlıq Qarabağ Muxtar Vilayәtinin" yaradılması haqqıda 7 iyul 1923-cü il tarixli Dekreti

Keçmiş Rusiya İmperiyasında milli azlıqları әsarәtdә saxlayan çar mütlәqiyyәti hәtta azlıqda qalan ayrı-ayrı milliyyәtlәri birbirinin üstünә salışdırmaqla mәhv etmәyә әl atmaqdan belә çәkinmirdi.

Zaqafqaziyada 1905-ci ildә ermәni-müsәlman qırğını velikorus mütlәqiyyәtinin mәhvedici siyasәtinә әn yaxşı sübut ola bilәr. Zaqafqaziyanın inqilabi fәhlә kütlәlәri onların sәrmayәsinin zülmünә qarşı öz hiddәtlәrini açıq şәkildә bildirdiyi hәmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların әli ilә tarixәn bir-biri ilә doğma olmuş iki xalqın - ermәnilәr vә müsәlmanların arasında әdavәt toxumu sәpildi.

Bu özünü Zaqafqaziya milli azlıqlar üzәrindә ağalığı ön plana çәkәn bir ovuc milli şovnistlәrin - müsavatçıların, daşnakların vә menşeviklәrin, Qәrb kapitalı nökәrlәrinin rәhbәr rolu әlә keçirdiklәri üç "müstәqil dövlәtә" parçalananda özünü bütün çılpaqlığı ilә bir daha göstәrdi. Bu "dövlәtlәrin" mövcud olduqları qısa müddәt әrzindә Qarabağ dağlarında vә Zaqafqaziyanın digәr hissәlәrindә әmәkçi kәndlilәrin qanı az tökülmәdi.

Hansı formada tәzahür etmәsindәn asıla olmayaraq milli zülmün vә qeyri-bәrabәrliyin mәhv edilmәsi, milli әdavәtin vә nifrәtin zәhmәtkeşlәrin beynәlmilәl hәmrәyliyi, vahid dövlәt ittifaqında xalqların qardaşcasına әmәkdaşlığı ilә әvәz edilmәsi fәhlә-kәndli inqilabının vә sovet hakimiyyәtinin әsas vәzifәlәrindәn biridir.

Bu vәzifәnin yerinә yetirilmәsi naminә Azәrbaycan Sovetlәri Mәrkәzi İcraiyyә Komitәsi qәrara alır:

1) Dağlıq Qarabağın ermәnilәr yaşayan hissәsindә mәrkәz Xankәndi olmaqla, ASSR-in tәrkib hissәsi olaraq Muxtar Vilayәt yaradılsın.

2) Muxtar Vilayәtin idarә orqanları bunlardır: Vilayәt İcraiyyә Komitәsi vә yerli sovetlәr.

3) Vilayәt icraiyyә komitәsi yaradılana qәdәr müvәqqәti inqilab komitәsi yaradılsın, ona 2 aydan gec olmayaraq daimi icraiyyә orqanının seçilmәsi üçün sovetlәr qurultayını çağırmaq vәzifәsi hәvalә edilsin.

Qeyd: Bütün otlaqlar, meşәlәr, bağlar, torpağa vә suya faktik sahiblik indiki sahiblәrinin ixtiyarında saxlanılır.

4. Vilayәt icraiyyә komitәsi bütün zәruri maliyyә vә texniki vәsaitlәrlә bilavasitә AzMİK-nin sәrәncamı ilә Az SSR-in ümumi vәsaitlәrindәn tәchiz olunur.

5. Vilayәtin әsasnamәsini işlәyib hazırlanması vә inzibati vahidlәrin faktik olaraq Qarabağ Muxtar Vilayәtinә verilmәsi, vә habelә Muxtar Vilayәtin sәrhәdlәrinin müәyyәnlәşdirilmәsi üçün Dağlıq Qarabağ, düzәn Qarabağ, Kürdüstan vә ASSR mәrkәzi hakimiyyәtinin nümayәndәlәrindәn ibarәt qarışıq komissiya yaradılsın, ona (komissiyaya) öz işini bu il avqustun 15- dәk başa çatdırmaq vәzifәsi hәvalә edilsin.

AzMİK Rәyasәt Heyәti sәdrinin әvәzinә: M.B.Qasımov

AzMİK katibi M.Xanbudaqov

Mənbə

redaktə

SSRİ Fәhlә-Kәndli Hökumәtinin 1923-cü il üzrә qanunlar vә sәrәncamlar külliyyatı. Bakı şәhәri, 1925-ci il, sәh. 384-385.