Bükülmüş (Aşıq Hüseyn Bozalqanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bükülmüş Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Xoca Əhməd özün salıb əngələ,
Torpağa, qəltanə, lilə, bükülmüş,
Danışdığı sözlər fisqi-fəsadlı,
Hiyləyə, fitnəyə, felə bükülmüş.
Sözlərimi çəkməyirəm dərinə,
Sərim qurban mərd igidin sərinə,
Axşam olcaq girir ocaq yerinə,
Kəsəyə, kömürə, külə bükülmüş.
Yazıq Hüseyn elmlərdən halıdı,
Öz ürək sözüdü, öz kamalıdı,
Burnu çarıq, lap İrəvan malıdı,
Noxtaya, palana, çula bükülmüş.