Bülbüllərinən

Bülbüllərinən (1906)
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.62

 
Xara qismət oldu güllər,
Sən ağla bülbüllərinən.
Götür qələm, bağla dəftər,
Nəzmə çəkib dillərinən.
 
Bax ətrafa solu-sağlar,
Həmi bağça, həmi bağlar.
Sözüm ağlar, gözüm ağlar,
Aylarınan, illərinən.
 
Qurban, söylə: - nə adətdi?
Bu qəm sənə kifayətdi.
İbadətdi, ziyarətdi -
Qayıt görüş ellərinən.