Bütün xəstəliklər yaranır bir an, qorxudan
Bütün xəstəliklər yaranır bir an, qorxudan! (1995) Müəllif: RAUF CAVAD |
Bütün xəstəliklər yaranır bir an, qorxudan!
Çırpınır birdən ürək, həyacandan, qorxudan!
Qorxu zərərli, min-bir cür yolxucu xəstəlik,
Düçar olur o kəs ki, əqlində olsa dəlik!
Əvvəl yaranır fikirlər, beyində hələlik,
Sonra əyləşir bu şəkk-şübhələr həmişəlik!
Tutulur hər cür pis xəstəliyə can, qorxudan!
Bütün xəstəliklər yaranır bir an, qorxudan!
Deyirlər ki, qorxudu xəstəliklərə səbəb!
O səbəbdəndir ki, görsənir Qorxaq biədəb!
Gülər danışar kim, Qorxaq, sayar yalanı dəb,
Sorsan bu nə əməl, söylər, eyləmişəm əcəb.
De, nədən axar-coşar damarda qan?! Qorxudan?!
Bütün xəstəliklər yaranır bir an, qorxudan!
Hər gün qorxur kimin fikirləri varsa zülmkar,
Çəkir əziyyətin, edir özün zülmə düçar.
Gəlir tuş əməlinə xəyalında həvəskar,
Bu Yaltaq çox yalançı qorxaqlıqda sənətkar.
Qorxur tamahkar kəsilər tamahdan, qorxudan!
Bütün xəstəliklər yaranır bir an, qorxudan!
Satılır çöl-bayır-bazarda hər cür mal-heyvan,
Lakin bulunmayır qorxaqlığa dəva-dərman!
Lazımdı zaman, sinə gələ qorxuya insan?!
Gərək düşünə, bula düz yolu cümlə cahan!
Əfsus ki, dili lal olmuş bu vicdan, qorxudan!
Bütün xəstəliklər yaranır bir an, qorxudan!
Gəl qorxma ey can, düşün ki, ünvanı səhv salma!
Düşüb xəstəliyə aciz tək kənarda qalma!
Gəl oxu-öyrən həqiqəti, xəyala dalma!
Kim deyir, mərifəti öz sahibindən alma?!
Rauf, bilirmi susur Azərbaycan qorxudan?!
Bütün xəstəliklər yaranır bir an, qorxudan!
...Müəllif:Rauf Cavad