Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var

Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var
Müəllif: Həsənəli xan Qaradaği
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!
Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!

Gər afıtab olmaya məhşərdə, yoxdu qəm,
Çün günəşdən də ötə yarın cəmalı var.

Şəhbaz baxışı uçurubdur könül quşun,
Seyr etməyə yəqin edərəm kim, xəyalı var.
 
Ağlar gözüm, yanar ürəyim, bilməzəm kim,
İzhar edim, bu könlü ki, dərdü-məlah var.

Bir kəs ki qəm yatağı ola, gülməz, ağlayar,
Məzur eyləyə bu Qaradaği gülah var.