Bənövşə (Qaracaoğlan)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bənövşə (Qaracaoğlan) Müəllif: Qaracaoğlan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Qadir Mevlam səni öymüş yaratmış
Çiçəklər içində birdir bənövşə.
Bitərsən güllərin xan içində
Qorxaram üzünə batar, bənövşə.
Yaz gələndə həvəslənib bitərsən,
Güz gəlincə başın alıb gedərsən,
Yavru, neçün boynun əyri tutarsan,
Sənin dərdin məndən betər bənövşə.
Baxmazmısan Qaracaoğlan halına?
Qərib bülbül qonmuş gülün dalına.
Qədrin bilməyənlər alır əlinə
Onun üçün əyri bitər bənövşə.