Bən bulmuşam
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27.

Ey Tanrının cənnət uman qulları,
Bən cənnəti bu dünyada bulmuşam!
Aramaqdan bezdiyiniz yolları
Aramadan bən sevdada bulmuşam!
Oxşayaraq Yıldızım, Ayını,
Bən sayamam cənnətimin sayını!
El deyən cənnətin bən bir tayını
Açıq gözlü bir röyada bulmuşam!
Eşitmədən, anlamadan yerini,
Dərvişlorin çağırdığı pirini;
İnandığım ərənlərin birini
Uc-bucaqsız bir səhrada bulmuşam!
Daşıyanlar vicdanların dərini,
Bucaqlarda arar gözəl yarını;