Bəni
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Hikmətindən sual olmaz
Sənsin kərəmlər kani.
Aldi toprax, yapdi kandan
Səbəb bir katra bəni.

İki mələk təyin etdi,
Müəyyən etdi bəni.
Çar anasira ilişdim
Müntəzirəm cana bən.

İkidən üçə ilişdim,
Təyin oldum beş yola.
Alti üçün ataşa yandım,
Səkkizdə kızıl gülə bən.

Üç yüz altmiş alti dalda,
Bax iki bülbülə.
Boş buraxmam yildə iki
Verürdüm abudənə bən.

Səfili, yürəqə düşdi
Daha sönməz ataşım,
Yiqirmi səkkizdə aldım
Ottuza erdi yaşım.
6666-ya bağli başım
Bin biri ilə girdim yola
Kəbirdə kurana bən.