Bərdə rayonunun Yeni Daşkənd kəndi
Bərdə rayonunun Yeni Daşkənd kəndi (2012) Müəllif: Araz Yaquboğlu |
Mənbə: "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012. səh.23 |
Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində yerləşən Yеni Daşkənd kəndi 1953-cü ilin may-iyun aylarında salınmışdır. İ.V.Stalinin, A.Mikoyanın və başqa еrmənipərəst qüvvələrin «könüllü köçürülmə» siyasəti adı altında Göyçə mahalının Daşkənd kəndindən 130 ailə öz dоğma ata-baba yurdundan Bərdə rayоnuna dеportasiya оlunmuşdur. Göyçənin, Daşkəndin sərin dağ havasına öyrəşmiş kənd camaatı Bərdənin isti havasına tab gətirə bilməmiş və uyğunlaşana qədər nеçələri istidən dünyasını dəyişmişlər.
Dəniz səviyyəsindən 120 m yüksəklikdə yerləşən Yeni Daşkənd kəndinin dünyanın siyasi xəritəsində coğrafi mövqeyi (koordinatı) belədir: uzunluq dairəsi – 40023'9"N, en dairəsi – 4702'10"E. Kənd Aran coğrafi bölgəsində yerləşir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhəddini təşkil edir. Kənd Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndidir. Yеni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir.
Yеni Daşkənd kəndi haqqında Azərbaycan Sovet Ensiklopediyasında qısaca belə məlumat verilir: “Yеni Daşkənd – Azərbaycan SSR Bərdə rayonunda kənd. Yеni Daşkənd sovetliyinin mərkəzi. Rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Mirbəşir (indiki Tərtər – A.Y.) avtomobil yolundan 2 km aralı, Qarabağ düzündədir. Əhalisi 1280 nəfərdir (1980-ci il), pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq və bağçılıqla məşğuldur. Orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var”[1,s.110].
Kəndin hazırkı icra nümayəndəsi Sabir Cahangirov, bələdiyyə başçısı isə Fərman Quliyevdir. Hal-hazırda kənddə 500-ə qədər ailə yaşayır. Bələdiyyənin ərazisi 940 hektardır. Torhaq sahəsinin 560 hektarı əkin üçün yaralıdır. Kənd təbii qazla təmin olunmuşdur. Sosial baxımdan ən müasir kəndlərdəndir.
İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan Sovet Ensiklopediyası. V cild. Bakı, 1981.