Bəri
Bəri Müəllif: Dadaloğlu |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yenə gəldi yaz ayları,
Görəcəyəm indən bəri.
Yaz yağmuru sulu olur,
Coşar, çağlar indən bəri.
Ağaclar pürçünü açdı,
Quşlar qılavuzun seçdi,
Yolumuz qürbətə düşdü,
Qərib düşdüm indən bəri.
Ağaclar geydi donunu,
Quşlar artırdı ününü,
Qərib olan vətənini,
Anıb ağlar indən bəri.
Dadaloğlum der ki, mana,
Dərdim artar ondan yana.
Ötər bülbül yana-yana,
Gözüm çağlar indən bəri.