Bəyənməz (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bəyənməz
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh (1729 - 1822) (az). shahbulaq.az (11.02.2013). Yoxlanılıb 2015-04-22.

Hərcayı bədəslə vermə əməgin,
Səni sayar cüvəllağı, bəyənməz.
Kasıblıqda tapmaz yavan çörəyi,
Eşitsə baylığı yağı bəyənməz.

Cüzi çeşmə nədən tə`n edər çaya,
Dəli könlüm, möhtac olma kimsaya,
Bir kəs ki alçaqdan çıxa ucaya,
Özüdən qeyrini dahı bəyənməz.

Ha belə gəlibdi dövrü zamana,
Tülkü hücum edir kəbir aslana,
Yabı cövlan edib girər meydana,
Köhlən atı çapmaq çağı bəyənməz.

Məsəldi atlıya çatmaz piyada,
Xər-xiş gər gürg ilə girər inada,
Özünə çe qürrə verər səhrada,
Kiçik təpələr də dağı bəyənməz.

Gərənayin olmaz fəryadi cərəs,
Dəfi-lanə etməz xəzan xarü xəs,
Bəzirganlar gətri mətai əbəs,
Valeh Hinddən gələn ağı bəyənməz.