Bəyənməz (Dostməmməd)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bəyənməz (Dostməmməd)
Müəllif: Dostməmməd
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Atasında, babasında görməyən
İndi geysə qızıl donu bəyənməz.
Qapısında qatır, eşşək olmayan
İndi minsə bədöy atı bəyənməz.

Qapısım kilim ile yapmayan,
- Xoş gəldin-deyib mehmamna çapmayan,
Öz evində öylənliyin tapmayan,
Kişi evində yeyən nam bəyənməz.

Aşıqam deyənə verilən kasa
Kasanı içince düşər həvəse.
Çöllük yerdə hər kərtənkələ
Yatıb tutan şir ilam bəyənməz.